USD/CHF məzənnəsində ucuzlaşma

13 Fevral 2019

Valyuta birjalarında USD/CHF məzənnəsində güclü bahalaşmadan sonra ucuzlaşma müşahidə edilməkdədir və 1.00 franka kimi ucuzlaşa bilər.

USD/CHF məzənnəsində ucuzlaşma

USD/CHF məzənnəsi çərşənbə axşamı 1.0092 franka kimi 0.5% bahalaşdıqdan sonra 1.0051 franka kimi ucuzlaşıb. 


Təhlillərə əsasən, USD/CHF məzənnəsi Asiya sessiyasının müqavimət səviyyəsi (1.0067) altında qaldıqca, 1.0024 franka kimi ucuzlaşa bilər. 


Qeyd etmək lazımdır ki, İsveçrə Mərkəzi Bankı (alm.: "SNB") monetar siyasətinə dair sonuncu açıqlamasında valyuta birjalarında lazım olduqca aktiv olacaqlarını bildirimişdi. "SNB" uçot faiz dərəcəsini də mənfi 0.75%-də saxlamaqla yumşaq pul-kredit siyasətinə davam etməkdədir. 


Bununla yanaşı, "SNB" frankın bazarlarda "baha" qiymətləndirməkdə davam edir. Lakin sentyabr ayından etibarən frankın qiymətlərində dolların bahalaşması ilə əlaqəli olaraq ucuzlaşma müşahidə edilməkdədir. Avroya nisbətən qiymətində isə ciddi dəyişiklik yoxdur. 


Ümumilikdə isə valyuta birjalarında vəziyyət həssas qiymətləndirilir və bu səbəbdən cari pul-kredit siyasətinə ehtiyac vardır.