USD/CHF məzənnəsində yeni maksimumlar

04 Mart 2019

Beynəlxalq valyuta birjalarında dolların bahalaşması özünü USD/CHF məzənnəsində daha qabarıq göstərir və alış imkanları yaradır.

USD/CHF məzənnəsində yeni maksimumlar

USD/CHF məzənnəsi Asiya sessiyasında 0.9979 frankda dəstək görərək, bahalaşmağa başlayıb. Maliyyə bazarlarında treyderlərin diqqətini çəkən daha maraqlı məqam isə cümə gününün müqavimət səviyyəsinin qırılmaq üzrə olmasıdır. 


Təhlillərə əsasən, Dollar/Frank məzənnəsi 1.0008 frankı yuxarı istiqamətdə qırarsa, 1.0033 və 1.0045 franka kimi bahalaşa bilər. 


Qeyd etmək lazımdır ki, İsveçrə Mərkəzi Bankı valyuta birjalarına birbaşa müdaxilələri ilə seçilir və sonuncu açıqlaması frankın baha olduğunu bildirmişdi.