USD/CHF: 0.9999 müqaviməti və ucuzlaşma

02 Aprel 2019

Beynəlxalq valyuta birjalarında Dollar/Frank məzənnəsində müşahidə edilən ucuzlaşmanın 0.99 franka kimi davam edə biləcəyi proqnozlaşdırılır.

USD/CHF: 0.9999 müqaviməti və ucuzlaşma

USD/CHF məzənnəsi Avropa sessiyasında 0.9999 frankda müqavimətlə rastlaşaraq, ucuzlaşmağa başlayıb. Bu, son günlər ərzində müşahidə edilən bahalaşma fonunda korreksiyanın başlaya biləcəyinə işarədir. 


Təhlillərə əsasən, Dollar/Frank məzənnəsi 0.9980 frankı aşağı istiqamətdə qırarsa, 0.9974 və 0.9960 franka kimi ucuzlaşa bilər. 


Məzənnə sonuncu səviyyənin altında qalarsa, 0.9934 franka kimi də ucuzlaşmaqda davam edə bilər. 


Bu gün İsveçrədə inflyasiyanın sürətlənməsinə dair açıqlanan statistik məlumatlar da frankın bahalaşmasına əsas verən fundamental amillərdir.