USD/CHF: Növbəti hədəf 1.01 və 1.03 frankdır

12 Fevral 2019

Beynəlxalq valyuta birjalarında USD/CHF məzənnəsində bahalaşma davam etmədkədir və gün ərzində 1.0090 franka kimi 0.5% dəyər qazanıb.

USD/CHF: Növbəti hədəf 1.01 və 1.03 frankdır

USD/CHF məzənnəsində bahalaşma davam etməkdədir. Bazar ertəsi 1% ətrafında güclü dalğalanmadan sonra 0.9982 franka kimi ucuzlaşan məzənnə, gün ərzində artəm dalğasını bərpa edərək 1.0090 franka kimi 0.5% bahalaşıb. Dünya valyuta birjalarında USD/CHF valyuta cütlütlüyü qiymətinin daha da bahalaşa biləcəyi proqnozlaşdırılır. 


Təhlillərə əsasən, USD/CHF məzənnəsi bazar ertəsinin müqavimət səviyyəsini (1.0099) qırarsa, 1.0128 franka kimi də bahalaşa bilər. Bundan sonra məzənnədə bahalaşma 1.03 franka kimi güclənə bilər. 


Qeyd etmək lazımdır ki, İsveçrə Mərkəzi Bankı (alm.: "SNB") monetar siyasətinə dair sonuncu açıqlamasında valyuta birjalarında lazım olduqca aktiv olacaqlarını bildirimişdi. "SNB" uçot faiz dərəcəsini də mənfi 0.75%-də saxlamaqla yumşaq pul-kredit siyasətinə davam etməkdədir. 


Bununla yanaşı, "SNB" frankın bazarlarda "baha" qiymətləndirməkdə davam edir. Lakin sentyabr ayından etibarən frankın qiymətlərində dolların bahalaşması ilə əlaqəli olaraq ucuzlaşma müşahidə edilməkdədir. Avroya nisbətən qiymətində isə ciddi dəyişiklik yoxdur. 


Ümumilikdə isə valyuta birjalarında vəziyyət həssas qiymətləndirilir və bu səbəbdən cari pul-kredit siyasətinə ehtiyac vardır.