USD/CHF: Son iki ilin maksimumunu qırmaq üzrə

12 Mart 2019

Beynəlxalq valyuta birjalarında İsveçrə frankının ucuzlaşması investorların diqqət mərkəzindədir və qısa müddətlik 0.4% gəlir imkanı yaratmaq üzrədir.

USD/CHF: Son iki ilin maksimumunu qırmaq üzrə

USD/CHF məzənnəsində bazar ertəsi müşahidə edilən bahalaşma, maliyyə bazarlarında son iki ilin maksimum səviyyəsinin qırıla biləcəyi proqnozlarının artmasına səbəb olub. 


Təhlillərə əsasən, Dollar/Frank valyuta cütlüyünün qiyməti 1.0128 frankı yuxarı istiqamətdə qırarsa, 1.0170 və daha uzun müddətli perspektivdə 1.0247 franka kimi də bahalaşa bilər. 


Qeyd etmək lazımdır ki, İsveçrə Mərkəzi Bankı valyuta birjalarına birbaşa müdaxilələri ilə seçilir və sonuncu açıqlaması frankın baha olduğunu bildirmişdi.