USD/CHF: Treyderlər üçün 1%-lik qazanc imkanı yaranıb

21 Fevral 2019

Foreks bazarlarında İsveçrə frankının yenidən 1.01 səviyyələrinə kimi ucuzlaşa biləcəyi proqnozlaşdırılır və USD/CHF məzənnəsində alış imkanları.

USD/CHF: Treyderlər üçün 1%-lik qazanc imkanı yaranıb

Beynəlxalq valyuta birjalarında USD/CHF məzənnəsi 1.00 franka kimi ucuzlaşdıqdan sonra bahalaşmağa başlayıb. 


Son günlər İsveçrə höküməti ilə Avropa Birliyi arasında ticarət münasibətləri fonunda sazişin imzalanması mövzusunda mübahisələrin böyüməsi və inflyasiya kimi önəmli statistik göstəricilərin mənfi açıqlanması, franka təzyiq edən fundamental amillərdir. 


Bununla yanaşı, İsveçrə Mərkəzi Bankının da valyuta birjalarında frankı baha qiymətləndirməsi, frankın ucuzlaşa biləcəyi proqnozlarını da özü ilə bərabər gücləndirir. 


Təhlillərə əsasən, USD/CHF məzənnəsi 0.9981 frank səviyyəsi üzərində qaldıqca, 1.0026 franka kimi bahalaşa bilər. Sonuncu səviyyənin üzərində möhkəmlənən qiymətin artım dalğası 1.0054 və 1.0099 franka kimi sürətlənəcəyi proqnozlaşdırılır.