USD/CHF: Ucuzlaşma 0.99 franka kimi

28 Fevral 2019

Beynəlxalq valyuta birjalarında USD/CHF məzənnəsində ucuzlaşma dalğası sürətlənib və 0.9907 franka kimi davam edə bilər.

USD/CHF: Ucuzlaşma 0.99 franka kimi

Foreks bazarlarında USD/CHF məzənnəsi Avropa sessiyasında ucuzlaşaraq, önəmli texniki dəstək səviyyələrini qırıb. Maliyyə bazarlarında cari eniş dalğasının 0.99 franka kimi davam edə biləcəyi proqnozlaşdırılır. 


Təhlillərə əsasən, Dollar/Frank valyuta cütlüyünün qiyməti 0.9952 frank altında qaldıqca, 0.9907 franka kimi də ucuzlşmaqda davam edə bilər. 


Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 17:30-da açıqlanacaq Amerikanın dördüncü rüb üzrə iqtisadi inkişaf səviyyəsinə dair önəmli fundamental məlumatlar da investorların diqqət mərkəzindədir.