USD/JPY: 2019-ci ilin maksimumu yenilənmək üzrə

04 Fevral 2019

Beynəlxalq valyuta birjalarında dolların aparıcı valyutalara nisbətən qiymətlərində korreksiyası özünü USD/JPY valyuta cütlüyündə də göstərməkdədir.

USD/JPY: 2019-ci ilin maksimumu yenilənmək üzrə

Beynəlxalq valyuta birjalarında USD/JPY məzənnəsində son günlər müşahidə edilən bahalaşma, Avropa sessiyasında da davam etməkdədir. Gün ərzində artıq 109.90 yenə kimi 0.4% bahalaşan məzənnə, 2019-ci ilin maksimum səviyyəsini qırmaq üzrədir. Beləliklə, dolların aparıcı valyutalara nisbətən qiymətlərinin yeni həftənin başlaması ilə bahalaşması, məzənnəyə də öz təsirini göstərməkdədir. 


Təhlillərə əsasən, USD/JPY valyuta cütlüyünün qiyməti 110.00 yen səviyyəsini də qıraraq, üzərində möhkəmlənərsə, artım dalğası 110.47 və 110.80 yen səviyyələrinə kimi də davam edə bilər.