USD/JPY: 2200 punktluq imkan yaranıb

07 Fevral 2019

Beynəlxalq birjalarında USD/JPY məzənnəsində müşahidə edilən ucuzlaşma, 109.70 səviyyəsinin qırılması ilə 109.48 səviyyəsinə kimi dərinləşə bilər.

USD/JPY: 2200 punktluq imkan yaranıb

USD/JPY məzənnəsi Amerika sessiyasında 110 yenin altında ticarət edilməkdədir və gün ərzində müşahidə edilən sürətli ucuzlaşma, ilərləyən saatlarda daha da dərinləşə bilər. 


Dolların aparıcı valyutalara nisbətən qiymətlərində son bir həftə ərzində müşahidə edilən 1.7%-lik bahalaşmadan sonra treyderlər gəlirlərini reallaşdırmağa başlaya bilər. Bununla yanaşı, dolların qiymətlərində bahalaşma ciddi müqavimət səviyyələrinə yaxınlaşıb. Bu da treyderlər üçün bazardan çıxmaq üçün əlavə ehtiyat səbəbi ola bilər. 


Təhlillərə əsasən, Dollar/Yen valyuta cütlüyünün qiyməti günün müqavimət səviyyəsi (110.08) altında qaldıqca, 109.70 yen səviyyəsini yenidən aşağı istiqamətdə qırmaqla, 109.48 yenə kimi ucuzlaşa bilər.