USD/JPY artım meyilləri qorunur

02 İyul 2019

Dünən Amerika dollarının bahalaşması fonunda USD/JPY cütlüyündə qiymətlər 108.52 səviyyələrinə qədər bahalaşdı.

USD/JPY artım meyilləri qorunur

Bu gün isə enişlər müşahidə olunmaqdadır. Hazırda bu cütlük 108.19 yenə ticarət olunmaqdadır. Bu, korrektiv qiymətləndirilir və məzənnənin yenidən bahalaşa biləcəyi proqnozlaşdırılır. Belə ki, qiymətlərin 108.77 səviyyəsinin üzərində möhkəmlənməsi 109.62 qiymətlərinə qədər artımı davam etdirə bilər.


Enişlərin davamı üçün isə ilk olaraq qiymətlər 107.73 və daha sonra 107.10 səviyyələrinin altında qalmalıdır.