USD/JPY: Bahalaşma 113 yenə doğru sürətləndi

01 Mart 2019

Beynəlxalq valyuta birjlarında Dolların Yaponiya yeninə nisbətən məzənnəsidə cümə axşamı əsası qoyulmuş artım dalğası Avropa sessiyasında daha da güclənib.

USD/JPY: Bahalaşma 113 yenə doğru sürətləndi

Beynəlxalq valyuta birjalarında USD/JPY məzənnəsi Avropa sessiyasında bahalaşma dalğasını gücləndirib. Maliyyə bazarlarında Dollar/Yen məzənnəsinin cümə axşamı 111.23 yeni yuxarı istiqamətdə qırması, növbəti hədəflər üzrə artım proqnozlarının güclənməsinə səbəb olub. 


Təhlillərə əsasən, USD/JPY məzənnəsi Asiya sessiyasında yaranmış önəmli dəstək səviyyəsinin (111.67 yen) üzərində qaldıqca, 112.09 və 112.65 yenə kimi də bahalaşa bilər.


Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 19:00-da açıqlanacaq Amerikanın istehsal sektorunda biznes aktivliyinə dair önəmli fundamental məlumatlar da investorların diqqət mərkəzindədir.