USD/JPY: Bahalaşma proqnozları üçün siqnallar

01 Fevral 2019

Beynəlxalq valyuta birjalarında bu gün ABŞ-dan açıqlanacaq önəmli fundamental məlumatlar öncəsi USD/JPY məzənnəsində aktivlik azalıb.

USD/JPY: Bahalaşma proqnozları üçün siqnallar

USD/JPY məzənnəsində cümə axşamı Amerika sessiyasında müşahidə edilən bahalaşma, bu gün 109 yen səviyyəsi ətrafında müqavimətlə rastlaşıb. 


Hal-hazırda dünya valyuta birjalarında dolların aparıcı valyutalara nisbətən qiymətlərində ucuzlaşma müşahidə edilsə də Dollar/Yen valyuta valyuta cütlüyünün qiyməti üzrə texniki təhlillər daha çox alış istiqamətli proqnozlara əsaslar verir. Bütün bunlar isə məzənnə üzrə ticarətdə riskləri artırır və treyderlər həm fundamental, həm texniki güclü siqnallar gözləyirlər. 


Təhlillərə əsasən, USD/JPY qiyməti 109.07 yeni də yuxarı istiqamətdə qırararaq, üzərində möhkəmlənərsə, 109.42 və 109.73 yenə kimi də bahalaşa bilər. 


Bu gün Bakı vaxtı ilə saat 17:30-da açıqlanacaq Amerikanın əmək bazarı ilə bağlı önəmli fundamental məlumatlar da treyderlərin diqqət mərkəzindədir.