USD/JPY: Bahalaşma 110.57 yen istiqamətində

11 Fevral 2019

Beynəlxalq valyuta birjalarında USD/JPY məzənnəsində gün ərzində müşahidə edilən bahalaşma, treyderlərin diqqət mərkəzindədir.

USD/JPY: Bahalaşma 110.57 yen istiqamətində

USD/JPY məzənnəsində yeni həftənin başlaması ilə güclü artım dalğasının başladığı müşahidə edilməkdədir. Keçən həftə ərzində 109-110 yen aralığında dalğalanan Dollar/Yen valyuta cütlüyünün qiyməti, Avropa sessiyasında 110.27$-a kimi bahalaşmaqla, keçən həftənin maksimum səviyyəsini qırıb. Maliyyə bazarlarında sözügedən tendensiya məzənnənin qlobal artım dalğasına davam edə biləcəyi proqnozları yenidən gücləndirib. 


Təhlillərə əsasən, USD/JPY məzənnəsi keçən həftənin önəmli dəstək səviyyəsi sayılan 109.55 yenin üzərində qaldıqca, 110.57 yenə kimi də bahalaşa bilər.