USD/JPY: Bahalaşma 110.80 yenə kimi də davam edə bilər

04 Fevral 2019

Beynəlxalq valyuta birjalarında dolların aparıcı valyutalara nisbətən qiymətlərində korreksiyası özünü Dollar/Yen valyuta cütlüyündə də göstərməkdədir.

USD/JPY: Bahalaşma 110.80 yenə kimi də davam edə bilər

Beynəlxalq valyuta birjalarında USD/JPY məzənnəsində son günlər müşahidə edilən bahalaşma, yeni həftənin başlaması ilə də davam etməkdədir. Beləliklə, dolların aparıcı valyutalara nisbətən qiymətlərinin yeni həftənin başlaması ilə bahalaşması, məzənnəyə də öz təsirini göstərməkdədir. 


Təhlillərə əsasən, USD/JPY valyuta cütlüyünün qiyməti 110.00 yen səviyyəsini də qıraraq, üzərində möhkəmlənərsə, artım dalğası 110.47 və 110.80 yen səviyyələrinə kimi də davam edə bilər.