USD/JPY: Bahalaşma 111.20 yenə kimi sürətlənə bilər

27 Mart 2019

Foreks bazarlarında dolların aparıcı valyutalara nisbətən qiymətlərində müşahidə edilən bahalaşma USD/JPY məzənnəsinə olan marağı artırıb.

USD/JPY: Bahalaşma 111.20 yenə kimi sürətlənə bilər

USD/JPY məzənnəsində bahalaşma Avropa sessiyasında sürətlənərək, cari həftənin maksimum səviyyəsini yeniləyib. Asiya sessiyasında 110.40 yendə dəstək görən Dollar/Yen valyuta cütlüyünün qiyməti, 110.71 yenə kimi bahalaşıb. 


Foreks bazarlarında dolların aparıcı valyutalara nisbətən qiymətlərində müşahidə edilən bahalaşma, özünü Yaponiya yeninə nisbətən qiymətlərində də göstərir. 


Keçən həftə ərzində Yaponiya iqtisadiyyatı ilə bağlı müsbət fundamental məlumatların açıqlanması, USD/JPY məzənnəsinin 109.73 yenə kimi 2%-ə kimi ucuzlaşmasına səbəb olmuşdu. Belə ki, Yaponiyanın xarici ticarətdə müsbət saldosu 339 milyard yenə kimi artmış, sənaye istehsalında artımın illik dinamikası 0.3% artmışdır. Lakin inflyasiya zəif olaraq qalır. 


Təhlillərə əsasən, USD/JPY valyuta cütlüyünün məzənnəsi, 110.30 yen üzərində qaldıqca, 110.95 və 111.20 yenə kimi bahalaşa bilər. 


Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 16:30 və 19:00-da açıqlanacaq Amerikanın xarici əməliyyatlar balansı ilə bağlı önəmli fundamental məlumatlar da investorların diqqət mərkəzindədir.