USD/JPY: Cari bahalaşmanın 110 yenə kimi davam etməsi

28 Yanvar 2019

USD/JPY məzənnəsinin ucuzlaşmasına baxmayaraq, 109.26 yen səviyyəsində dəstək alması, artım dalğasının davam edə biləcəyi proqnozlarını gücləndirir.

USD/JPY: Cari bahalaşmanın 110 yenə kimi davam etməsi

USD/JPY məzənnəsi son günlər beynəlxalq valyuta birjalarında müşahidə edilən tendensiya fonunda 109.99 yendən 109.26 yenə kimi ucuzlaşmışdır. Lakin qiymətin ucuzlaşaraq, keçən həftənin minimum səviyyəsini qıra bilməməsi və günün ikinci yarısında bahalaşaraq, üzərində qalmağa çalışması, ilin əvvəlindən etibarən bahalaşma dalğasının daha da davam edə biləcəyi proqnozlarını gücləndirib. 


Təhlillərə əsasən, USD/JPY məzənnəsi 109.54 yeni də yuxarı istiqamətdə qırararaq, üzərində möhkəmlənərsə, 109.71 və 110.00 yenə kimi də bahalaşa bilər.