USD/JPY: Eniş proqnozları özünü qorumaqda

30 Yanvar 2019

Beynəlxalq valyuta birjalarında USD/JPY valyuta cütlüyü qiymətinin keçən həftənin dəstək səviyyəsini qırması, ucuzlaşma proqnozlarını gücləndirib.

USD/JPY: Eniş proqnozları özünü qorumaqda

USD/JPY məzənnəsində üfüqi dalğalanma davam etməkdədir. Keçən həftənin ortalarından etibarən başlayan eniş dalğası fonunda çərşənbə axşamı USD/JPY valyuta cütlüyünün qiymətində korreksiyanın şahidi oluruq. Məzənnənin ucuzlaşaraq, keçən həftənin önəmli dəstək səviyyəsi sayılan 109.14 yenin aşağı istiqamətdə qırılması, eniş dalğasının daha da dərin ola biləcəyi ehtimalları gücləndirmişdi. 


Təhlillərə əsasən, Dollar/Yen məzənnəsi 109.66 səviyyəsinin altında qaldıqca, eniş dalğasının 108.67 yenə kimi dərinləşə biləcəyi proqnozları güclü olaraq qalır.