USD/JPY: Korreksiyanın dərinləşməsi ehtimalları

25 Yanvar 2019

USD/JPY məzənnəsi 109.74 yen səviyyəsi üzərində möhkəmlənsə də volatilliyin yüksək olması, korreksiyanın dərinləşməsi riskləri artırıb.

USD/JPY: Korreksiyanın dərinləşməsi ehtimalları

USD/JPY məzənnəsində cari həftənin əvvəlindən etibarən müşahidə edilən bahalaşma 110.00 yen səviyyəsində müqavimətlə rastlaşsa da artım dalğasına davam edə biləcəyi proqnozları güclü olaraq qalır. Lakin hal-hazırda qiymət qrafiki təhlil edildiyi zaman, investorların artım dalğası fonunda əmin olmaları üçün 110.00 yenin də qırılmasını gözləmələrinin önəmliyi önə çıxır. 


Təhlillərə əsasən, Dollar/Yen məzənnəsində 110.00 yen səviyyəsi qırılmadıqca, korreksiya 109.51 yenin qırılması ilə 109.26 yenə kimi dərinləşə bilər. Əks təqdirdə, qiymətin 110.00 yeni yuxarı istiqamətdə qırmaqla, artım dalğasının 110.47 yenə kimi davam edə biləcəyi proqnozları güclü olaraq qalır.