USD/JPY: Korreksiyanın səbəbləri və mümkün senarilər

08 Fevral 2019

Yapon yeninin dolların dünya tendensiyası altında dalğalanmasına baxmayaraq, yenin müqayisədə daha zəif mövqeyi diqqət mərkəzində saxlanılmalıdır.

USD/JPY: Korreksiyanın səbəbləri və mümkün senarilər

USD/JPY məzənnəsi son bir həftədir 109-110 yen səviyyələri aralığında dalğalanmaqdadır. İnvestorların gələcək trend fonunda nikbilikləri zəifləyib və qiymətlər daha da ucuzlaşa bilər. 


Dünya valyuta birjalarında uzun müddətli perspektivdə fundamental hadisələr fonunda dolların aparıcı valyutalara nisbətən qiymətlərinin təzyiq altında olduğu bir vaxtda son günlər dolların aparıcı valyutalara nisbətən qiymətlərində müşahidə edilən bahalaşma, treyderlərin ehtiyatlı davranmalarına səbəb olur. 


USD/JPY məzənnəsi də keçən həftə 108.49 yendə dəstək alaraq bahalaşmağa başlayıb və son bir ilin maksimum səviyyəsini yenilədi. Bundan sonra çox keçmədən artım dalğası zəifləyərək, məzənnə ucuzlaşmağa başladı. 


Ümumilikdə dünya birjalarında dolların qiymətləri hansı dinamikada ucuzlaşmasına baxmayaraq, Yaponiyada biz bunun əksinin də şahidi ola bilərik. Bunun səbəbi isə Yaponiya iqtisadiyyatının ABŞ iqtisadiyyatı ilə müqayisədə çox zəifləməsidir. 


Təhlillərə əsasən, USD/JPY məzənnəsində cari korreksiya 109.47-110.12 aralığında davam edə bilər. Bu sərhədlərin aşılması ilə müvafiq istiqamətlərdə qiymət öz hərəkətini yenidən sürətləndirə bilər. 


Belə ki, 109.47 yenin aşağı istiqamətdə qırılması ilə USD/JPY məzənnəsi 109.27 və 108.72 yenə kimi ucuzlaşa, 110.12 yenin yuxarı qırılması ilə isə məzənnə artım dalğasına 110.47/57 yenə kimi davam edə bilər.