USD/JPY maliyyə aləti üçün vacib gün

13 Mart 2019

Beynəlxalq valyuta birjalarında Yaponiya mərkəzi bankının açıqlamarına saatlar qalmış, USD/JPY məzənnəsinə olan maraq artmaqdadır.

USD/JPY maliyyə aləti üçün vacib gün

Maliyyə bazarlarında cümə günü açıqlanacaq Yaponiya mərkəzi mankının uçot faiz dərəcəsi və baş tutacaq pul siyasəti ilə bağlı mətbuat konfransı ilə bağlı göstəricilər bazar iştirakçılarının diqqət mərkəzindədir.

 

Həftəyə bahalaşma ilə başlayan USD/JPY maliyyə cütlüyünün artım trendinin davam etməsi üçün qiymətin 111.45 həddinin üzərində möhkəmlənməsi şərti ödənilməlidir ki, növbəti hədəfləri olan 111.60 və 111.85  səviyyələrinə kimi artım müşahidə edilə bilsin.

 

Əks təqdirdə, cütlüyün qiyməti 111.20 həddinin aşağısında qalacağı təqdirdə, cütlüyün qiymətini yenidən 111.02 və 110.77 səviyyələrində görə bilərik.