USD/JPY maliyyə alətində həftəlik gözləntilər

12 Mart 2019

Bu həftə Yaponiya mərkəzi bankının toplantı protokolunun yayımlanması gözlənilir və bu, USDJPY məzənnəsinə olan marağı artırıb.

USD/JPY  maliyyə alətində həftəlik gözləntilər

Maliyyə bazarlarında bu həftə Yaponiya Mərkəzi Bankının Pul siyasəti ilə bağlı hesabatı və uçot faiz dərəcəsi ilə bağlı göstəricilərin açıqlanması gözlənilir.

 

Həftəyə bahalaşma ilə başlayan USD/JPY maliyyə cütlüyünün artım trendinin davam etməsi üçün qiymətin 111.45 həddinin üzərində möhkəmlənməsi şərti ödənilməlidir ki, növbəti hədəfləri olan 111.60 və 111.85  səviyyələrinə kimi artım müşahidə edilə bilsin.

 

Əks təqdirdə, cütlüyün qiyməti 111.20 həddinin aşağısında qalacağı təqdirdə cütlüyün qiymətini yenidən 111.02 və 110. 77 səviyyələrində görə bilərik.