USD/JPY məzənnəsi 112 yen üzərində qalmaqda

24 Aprel 2019

Beynəlxalq valyuta birjalarında USD/JPY məzənnəsinin ucuzlaşmasına baxmayaraq, 112 yen üzərində ticarət olunması treyderlərin diqqət mərkəzində.

USD/JPY məzənnəsi 112 yen üzərində qalmaqda

USD/JPY məzənnəsi 112.03 yenə kimi bahalaşdıqdan sonra müqavimətlə rastlaşaraq, ucuzlaşmağa başlayıb. Lakin maliyyə bazarlarında məzənnə 111.64 yen üzərində qaldıqca, ucuzlaşma korrektiv qiymətləndirilir və artım dalğasının bərpa oluna biləcəyi proqnozlaşdırılır. 


Təhlillərə əsasən, Dollar/Yen valyuta cütlüyünün qiyməti 111.98 yeni yuxarı istiqamətdə qırarsa, 112.16 və 112.46 yenə kimi bahalaşa bilər.