USD/JPY məzənnəsi ucuzlaşmaqda

27 Fevral 2019

Beynəlxalq valyuta birjalarında dolların ucuzlaşması, özünü USD/JPY məzənnəsində də göstərməkdədir və növbəti ən yaxın hədəf 110 yendir.

USD/JPY məzənnəsi ucuzlaşmaqda

Beynəlxalq valyuta birjalarında USD/JPY məzənnəsi də çərşənbə axşamı dolların ucuzlaşmasının təsiri altında önəmli dəstək səviyyələrini qırıb. 


FED sədrinin açıqlamalarında sonra dəyər itirməyə başlayan dolların foreks bazarlarında qiymətləri təzyiq altında qalmaqdadır. Gələcək proqnozlar isə USD/JPY məzənnəsində də ucuzlaşmanı bu gün Asiya sessiyasında daha da sürətləndirib. 


Təhlillərə əsasən, Dollar/Yen məzənnəsi çərşənbə axşamının dəstək səviyyəsini (110.41 yen) qırarsa, 110.24 və 109.94 yenə kimi ucuzlaşa bilər.