USD/JPY məzənnəsi 110.47 yenə kimi bahalaşa bilər

24 Yanvar 2019

USD/JPY məzənnəsində müşahidə olunan ucuzlaşma vu gün Avropa sessiyasının açılmasına dəqiqələr qalmış, bahalaşma ilə əvəz olunub.

USD/JPY məzənnəsi 110.47 yenə kimi bahalaşa bilər

Dollar/Yen valyuta cütlüyünün qiyməti çərşənbə günü Amerika sessiyasında 109.39 yenə kimi 0.6% sürətli eniş dalğası ilə üzləşmişdi. Bu gün Asiya sessiyasında yenidən ucuzlaşaraq, minimum səviyyələri yeniləməyə cəhd edən qiymət, güclü alış əməliyyatları ilə qarşılaşıb. Nəticədə məzənnə yenidən 109.70 yenin üzərində ticarət edilməkdədir. 


Təhlillərə əsasən, USD/JPY məzənnəsi 109.76 yeni də yuxarı istiqamətdə qıraraq, üzərində möhkəmlənərsə, bahalaşması yanvar ayının maksimum səviyyələsinin yenilənməsi ilə nəticələnə bilər. Beləliklə, yuxarı istiqamətli önəmli hədəflər 110.00 yen və 110.47 yendir. 


Bu baş vermədiyi təqirdə, günün minimum səviyyələrinin qırılması ilə USD/JPY məzənnəsi 109.14 və 108.67 yenə kimi də dünəndən etibarən başlatdığı eniş dalğasının ardını tamamlaya bilər.