USD/JPY məzənnəsində 109 yenə kimi bahalaşma

07 Fevral 2019

Beynəlxalq valyuta birjalarında USD/JPY məzənnəsi Avropa sessiyasında 109.55 yendə dəstək alaraq, bahalaşmağa başlayıb.

USD/JPY məzənnəsində 109 yenə kimi bahalaşma

Beynəlxalq valyuta birjalarında USD/JPY məzənnəsinin Avropa sessiyasında dəstək alaraq, bahalaşmağa başladığı müşahidə edilir. Amerika sessiyasında 110.04 yenə kimi bahalaşan Dollar/Yen valyuta cütlüyünün qiyməti, Asiya sessiyasında korreksiya etsə də yenidən bahalaşmağa başlayıb. 


Təhlillərə əsasən, USD/JPY məzənnəsi 109.92 yen səviyyəsi üzərində möhkəmlənərsə, günün önəmli müqavimət səviyyəsinə - 110.04 və 110.16 yenə kimi bahalaşa bilər. Bundan sonra qlobal artım dalğasının bərpasından danışmaq olar. 


Maliyyə bazarlarında güclü dalğalanmaya təsir edə biləcək fundamental göstəricilər baxımından isə gün elə də zəngin deyil.