USD/JPY məzənnəsində bahalaşma gücləndi

30 Yanvar 2019

Dünya valyuta birjalarında Dollar/Yen valyuta cütlüyünin qiymətində bahalaşmanın daha da gücləndiyinin şahidi oluruq və 110 yenə kimi də bahalaşa bilər.

USD/JPY məzənnəsində bahalaşma gücləndi

Keçən həftənin ortalarından etibarən USD/JPY valyuta cütlüyünün qiymətində başlayan eniş dalğası fonunda çərşənbə axşamı korreksiyanın şahidi olduq. Məzənnənin ucuzlaşaraq keçən həftənin önəmli dəstək səviyyəsi sayılan 109.14 yeni də aşağı istiqamətdə qırması, eniş dalğasının daha da dərin ola biləcəyi ehtimalları gücləndirmişdi. 


Bunun əsas səbəbi dünya valyuta birjalarında treyderlərin satış mövqelərini bağlamaqla. dolların aparıcı valyutalara nisbətən qiymətlərinin bahalaşmasına səbəb olmalarıdır. 


Lakin Amerika sessiyasında USD/JPY məzənnəsində bahalaşma daha da güclənib. Artıq 109.66 yen səviyyəsini qıran qiymət, bu səviyyənin üzərində möhkəmlənərsə, 110.00 yen səviyyəsini də qıra bilər. Bu isə 2019-ci ilin önəmli müqavimət səviyyəsi hesab edilir.