USD/JPY məzənnəsində bahalaşma

13 Fevral 2019

Beynəlxalq valyuta birjalarında USD/JPY məzənnəsində müşahidə edilən bahalaşmanın 111 yenə kimi davam edə biləcəyi proqnozlaşdırılır.

USD/JPY məzənnəsində bahalaşma

USD/JPY məzənnəsi Amerika sessiyasında 110.34 yen səviyyəsində dəstək görərək, qlobal artım dalğasını bərpa edib. 


Təhlillərə əsasən, Dollar/Yen valyuta cütlüyünün qiyməti yuxarıdakı dəstək səviyyəsinin üzərində qaldıqca, 110.80 və 111.10 yenə kimi də bahalaşa bilər. 


Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 17:30-da Amerikadan açıqlanacaq inflyasiya ilə bağlı önəmli fundamental məlumatlar da investorların diqqət mərkəzindədir.