USD/JPY məzənnəsində korreksiya

25 Aprel 2019

Dünya birjalarında Yaponiya yeni 112 yenə kimi ucuzlaşdıqdan sonra bahalaşmağa başlayıb və USD/JPY məzənnəsində ucuzlaşma diqqət mərkəzində.

USD/JPY məzənnəsində korreksiya

USD/JPY məzənnəsi çərşənbə günü 112.39 yenə kimi bahalaşdıqdan sonra ucuzlaşmağa başlayıb və dünya birjalarında daha da ucuzlaşa biləcəyi proqnozlaşdırılır. 


Təhlillərə əsasən, Dollar/Yen valyuta cütlüyünün qiyməti 111.85 yeni aşağı istiqamətdə qırarsa, 111.64 və 111.32 yenə kimi də ucuzlaşa bilər. 


Qeyd etmək lazımdır ki, bu gün Japoniya mərkəzi bankının faiz qərarı və iqtisadi gözləntilərinə dair açıqlamasından sonra yen daha da bahalaşıb.