USD/JPY məzənnəsində sürətli eniş dalğası

10 Oktyabr 2017

"BoJ" sədrinin çıxışından sonra və açıqlanan müsbət fundamental məlumatlardan sonra yenin bahalaşması dinamikası daha da güclənib.

USD/JPY məzənnəsində sürətli eniş dalğası

Yaponiya maliyyə bazarlarında USD/JPY ucuzlaşmağa başlayıb. Keçən həftənin cümə günü Amerika sessiyasında maksimum səviyyəsini yeniləyən dollar/yen məzənnəsi 113.43 yendən 112.60 yenə kimi sürətlə ucuzlaşmağa başlayıb. 

Bu gün isə Yaponiya Mərkəzi Bankının (ing.: "BoJ") sədri Kurodanın çıxışından sonra və açıqlanan müsbət fundamental məlumatlardan sonra USD/JPY cütlüyünün qiyməti eniş dalğasını daha da sürətləndirib. Təhlillərə görə, bu gün 112.36 yenə kimi 0.4% ucuzlaşan məzənnə 112.24 yenə kimi ucuzlaşarsa, 111.10 yenə kimi də ucuzlaşa bilər.

"BoJ" sədri Kuroda bu gün çıxışı zamanı müsbət iqtisadi gözləntiləri haqqında danışıb. Bununla yanaşı, Yaponiyanın xarici və daxili siyasətində də müsbət tendensiyalar yenin bahalaşmasına təsir edən amillərdir. 

Qeyd etmək lazımdır ki, Yaponiyada baş nazir Şinzo Abenin növbədənkənar seçkilərin keçirilməsi (oktyabrın 22-si) qərarını diqqət mərkəzində saxlayır. Mütəxəssislərin fikrincə, baş nazir son zamanlar ona olan etimadın artmasından və müxalifətin zəifləməsindən faydalanaraq, parlamentdə üstünlüyünü möhkəmləndirmək və hakimiyyətini uzatmaq istəyir. Abe özü isə açıqlamasında Şimali Koreyaya qarşı sərt siyasət üçün güclü siyasi dəstəyə ehtiyac olduğunu bildirir. Eyni zamanda, baş nazir ilin sonuna kimi iki trilyon yen həcmində iqtisadi islahat proqramını həyata keçirmək istəyir. Yaponiya iqtisadiyyatı yüksək borc və əhalisinin qocalmasından əziyyət çəkir.