USD/JPY məzənnəsində ucuzlaşma davam edir

31 Yanvar 2019

Berynəlxalq valyuta birjalarında USD/JPY məzənnəsində ucuzlaşma cümə axşamı da davam etməkdədir və 108.32 yenə kimi davam edə bilər.

USD/JPY məzənnəsində ucuzlaşma davam edir

USD/JPY məzənnəsində ucuzlaşma davam etməkdədir. Amerika Mərkəzi Bankının çərşənbı günü faiz qərarının açıqlanmasından sonra baş tutan mətbuat konfransında verdiyi açıqlamalardan sonra dünya valyuta birjalarında dolların aparıcı valyutalara nisbətən qiymətlərində müşahidə edilən ucuzlaşma, özünü USD/JPY məzənnəsində də göstərdi. 


Belə ki, Dollar/Yen valyuta cütlüyünün qiyməti çərşənbə günü 109.74 yenə kimi bahalaşdıqdan sonra müqavimətlə rastlaşaraq, sürətli eniş dalğasına başladı. Amerika sessiyasında 108.80 yenə kimi 0.9% ucuzlaşan məzənnə, sözügedən tendensiyasını cümə axşamı da davam etdirməkdədir. 


Təhlillərə əsasən, cari eniş dalğası 108.52 və 108.32 səviyyələrinə kimi də davam edə bilər. Bununla yanaşı, "Ayı"-lar artan divergensiya fonunda da ehtiyatlı olmalıdırlar.