USD/JPY məzənnəsində ucuzlaşma proqnozları

28 Fevral 2019

Beynəlxalq valyuta birjalarında USD/JPY məzənnəsində ucuzlaşma da investorların diqqət mərkəzindədir və 110 yenə kimi ucuzlaşa bilər.

USD/JPY məzənnəsində ucuzlaşma proqnozları

USD/JPY məzənnəsi foreks bazarlarında 110.75 yenə ticarət edilməkdədir və cari vəziyyət ucuzlaşmanın davam edə biləcəyini proqnozlaşdırmağa əsas verir. 


Təhlillərə əsasən, USD/JPY məzənnəsi Asiya sessiyasının müqavimət səviyyəsi (110.93 yen) altında qaldıqca, 110.52, 110.34 və 110.20 yenə kimi ucuzlaşa bilər. 


Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 17:30-da açıqlanacaq Amerikanın dördüncü rüb üzrə iqtisadi inkişaf səviyyəsinə dair önəmli fundamental məlumatlar da investorların diqqət mərkəzindədir.