USD/JPY qiymətində bahalaşma diqqət mərkəzində

01 Dekabr 2017

USD/JPY qiymətinin 114 yenə kimi bahalaşması gözləntilərinin, dolların digər aparıcı valyutalara nisbətən qiymətlərinə də təsir edəcəyi gözlənilir.

USD/JPY qiymətində bahalaşma diqqət mərkəzində

Dünya valyuta birjalarında dolların aparıcı valyutalara nisbətən orta qiymətinin 1%-ə kimi ucuzlaşması, EUR/USD məzənnəsinin 1.1931$ və GBP/USD məzənnəsinin 1.3548$-a kimi bahalaşmalarına səbəb olub. USD/TRY məzənnəsi isə 3.90TL-ə kimi ucuzlaşıb.

Maliyyə bazarlarında EUR/USD qiymətinin 1.20$-ın, GBP/USD qiymətinin isə 1.36$-ın altında qaldıqca, bahalaşmaları qısa müddətli amillərlə əsaslandırılır və hər an sürətli eniş dalğasına başlaya biləcəkləri proqnozları güclü olaraq qalır. Belə ki, Asiya bazarlarında USD/JPY məzənnəsinin daha da bahalaşa biləcəyi gözləntiləri - 114.00 yen, dolların digər aparıcı valyutalara nisbətən qiymətlərinin də dəyər qazanmasına səbəb ola biləcəyi ehtimallarını gücləndirir. 

Türkiyə maliyyə bazarlarında isə dolların qiyməti 3.88TL-ə kimi də ucuzlaşa, məhz bundan sonra burada da artım yenidən güclənə bilər.

Enerji bazarlarında isə neft qiymətlərində güclü hərəkətlilik müşahidə edilməyib. Buna səbəb isə, cümə axşamı Vyanada açıqlanan "OPEC+" qərarının gözləntilərə uyğun açıqlanmasıdır və qiymətlər bu gözləntilər fonunda son bir neçə aydır kifayət qədər - 64$-a kimi 46% bahalaşıb.