USD/JPY qiymətində bahalaşma güclənə bilər

08 Fevral 2018

Şimali Koreya ilə ABŞ arasında soyuq münasibətlərin yenidən gündəmə gəlməsi, foreks bazarlarında dollara olan tələbin artmasına səbəb ola bilər.

USD/JPY qiymətində bahalaşma güclənə bilər

Dünya valyuta birjalarında dolların qiyməti son bir ay ərzində aparıcı valyutaların bahalaşması fonunda dəyər itirirdisə, bu gün Asiya bazarlarında USD/JPY məzənnəsində bahalaşma müşahidə edilir. Beləliklə, Asiya bazarlarında dollara olan tələb qlobal bazarlara da təsir edə bilər. 


İnkişaf etmiş dövlətlərin iqtisadiyyatları fonunda açıqlanan müsbət fundamental göstəricilər, yanvar ayı ərzində avro, funt sterlinq kimi aparıcı valyutaların dollara nisbətən qiymətlərinin bahalaşmasına təsir edirdi. Bundan narahat olmayan ABŞ maliyyə nazirinin açıqlamaları isə bu tendensiyanı yanvar ayının sonu daha da gücləndirmişdi. Lakin son günlər Şimali Koreya ilə ABŞ arasında münasibətlərin gələcəyi ilə bağlı mənfi xəbərlər, Asiya bazarlarında dollara olan tələbin artmasına təsir edib. 


EUR/USD, GBP/USD və digər önəmli valyutaların dollara nisbətən məzənnələrində güclü bahalaşmadan sonra korreksiyaların, bu gün Cənubi Koreyda baş tutan Qış Olimpiya Oyunlarında iştirak edən Şimali Koreyanın hökümət nümayəndələrinin açıqlamaları fonunda daha da güclənməsi ehtimallarını yaradır. Belə ki, Şimali Koreya hökümətinin ölkələrini beynəlxalq tədbirdə təmsil edən idmançılarını Cənubi Koreyaya göndərməkdən başqa niyyətlərinin olmadığını bildirməsi, son günlər Asiya bazarlarında dollara olan tələbin artmasına təsir edib - USD/JPY qiyməti 108 yendən 110 yenə kimi bahalaşıb. 


Şimali Koreyanın Cənubi Koreyada baş tutan beynəlxalq idman yarışında iştirakı, dünyada birinci ilə ABŞ hökümət nümayəndələrinin görüşə biləcəkləri ehtimallarını yaratmışdı. Şimali Koreya isə öz nösbəsində "Aydınlaşdırmaq istəyirik ki, cənubda olmağımız ABŞ nümayəndələri ilə görüş niyyətlərini əks etdirmir".


Maliyyə bazarlarında USD/JPY məzənnəsi çərşənbə axşamı Asiya sessiyasında 108 yenə kimi ucuzlaşsa da, Avropa sessiyasında bahalaşmağa başlayıb. Hal-hazırda 109 yen üzərində ticarət edilən valyuta cütlüyü təhlilləri onu göstərir ki, qiymət 109.80 yenə kimi bahalaşaraq üzərində möhkəmlənərsə, 110.74 və 111.49 yenə kimi də bahalaşa bilər. 


Qeyd etmək lazımdır ki, ABŞ-ın xarici işlər naziri cari həftənin əvvəli mümkün görüş ilə bağlı "görək, nə olur" fikrini bildirmişdı. 2018-ci il üzər Qış Olimpiya Oyunlarının isə fevral ayının 9-dan 25-ə kimi baş tutması planlaşdırılır.