USD/JPY qiymətində sürətli ucuzlaşma

09 Yanvar 2018

Yaponiya Mərkəzi Bankının açıqlaması, yapon yeninin əksər valyutalara qarşı təqribən 0.6% bahalaşmasına səbəb olub.

USD/JPY qiymətində sürətli ucuzlaşma

Çərşənbə axşamı Asiya sessiyasında avro və dollar ilə ticarət zəif olsa da, Yaponiya yeni əksər valyutalara qarşı bahalaşıb. Buna səbəb isə Yaponiya Mərkəzi Bankının açıqlaması olub. 

Yaponiya Mərkəzi Bankının (ing.: "BoJ") açıqlamasına əsasən, gələcəkdə uzun müddətli dövlət istiqrazları alışının daha da azaldılması planlaşdırılır. Mütəxəssislərin burada söhbətin kəskin yumşaq siyasətin yenidən sərtləşdirilməsindən getdiyi araşdırmalarının nəticəsi isə mənfi olub. Belə ki, əksər bazar iştirakçısı və həmçinin "BoJ" sədri Haruhiko Kuroda da bu gözləntiləri inkar edirlər. 

"BoJ" 10 - 25 illik dövlət istiqrazları alışını 10 milyard yen azaldaraq, 190 milyard yenə kimi azaldıb. Bank 25 ildən uzun müddətli istiqrazlarda da alışları 10 milyard yen azaldaraq, 80 milyard yenə çatdırıb. 

Məqsəd pul kütləsini idarə etməkdan daha çox faiz səviyyələrini nəzarət altına götürməkdir. "BoJ" 2016-ci ildə maliyyə siyasətində düzəlişlər edib və nəticədə istiqraz alışı proqramının həcmi azalmağa başlayıb. 

Məlumatların açıqlanmasından sonra USD/JPY məzənnəsi 112.49 yenə kimi 0.6% ucuzlaşıb. 

Qeyd etmək lazımdır ki, 2016-ci ilin sentyabr ayında "BoJ" yeni strategiyasını açıqlamışdır. Yeni planla qısa və uzun müddətli faizlərlə daha çox real faizlərin aşağı salınmasına çalışılır və bu, pul-kredit siyasətinin daha çevik və davamlı olmasına səbəb olacaqdır. Bundan sonra bank artıq daha çox istiqraz almağa çalışmır, əvəzində uzunmüddətli istiqrazlara kimi gəlirliliklərini hədəfə alır. Məlumatlara görə isə Yaponiyanın 10 illik istiqrazlarının gəlirliliyi 0% səviyyəsində olması planlaşdırılır. Uzun müddətli istiqraz gəlirliliyinin qısa müddətli istiqraz gəlirliliklərinin üzərində olması banklar üçün cəlb edici idi. Bununla yanaşı, yeni qərar ilə bank istiqraz alışı proqramının daha da genişləndirilməsi imkanlarını da əlində saxlamış olur.