USD/JPY: Qlobal artım dalğasının növbəti mərhələsi

04 Fevral 2019

Dünya valyuta birjalarında dolların aparıcı valyutalara nisbətən qiymətlərində başlayan korreksiya, özünü USD/JPY valyuta cütlüyündə də göstərməkdədir.

USD/JPY: Qlobal artım dalğasının növbəti mərhələsi

Beynəlxalq valyuta birjalarında USD/JPY məzənnəsində son günlər müşahidə edilən bahalaşma, Amerika sessiyasında da davam etməkdədir. Gün ərzində artıq 110.02 yenə kimi 0.5% bahalaşan məzənnə, beləliklə, 2019-ci ilin maksimum səviyyəsini də yeniləmiş oldur. Dolların aparıcı valyutalara nisbətən qiymətlərinin yeni həftənin başlaması ilə bahalaşması, məzənnəyə də öz təsirini göstərməkdədir. 


ABŞ dolları cümə günü açıqlanan fundamental göstəricilərlə dəstəklənməkdədir. Belə ki, əmək bazarında məşğulların sayında proqnozların üzərində statistik rəqəmlər açıqlanıb və sənaye sektoruna dair göstəricilər də müsbət mənada təəccübləndirib. 


Təhlillərə əsasən, USD/JPY valyuta cütlüyünün qiyməti 110.00 yen səviyyəsini qırmaqla, yanvar ayının əvvəlindən etibarən başlatdığı qlobal artım dalğasının növbəti mərhələsinin əsasını qoymuş oldu. Bu onu deməyə əsas verir ki, uzun müddətli perspektivdə Dollar/Yen məzənnəsi 108.50 səviyyəsi üzərində qaldıqca, 110.80 və 111.75 yenə kimi də bahalaşa bilər. 


Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 19:00-da açıqlanacaq ABŞ-dan önəmli fundamental məlumatlar da ticarət aktivliyinin artmasına təsir edə biləcəyi gözlənilir. Belə ki, Amerikanın sənaye sektorunda sifarişlərin və daşınmaların həcminə dair statistik məlumatlar investorların diqqət mərkəzindədir.