USD/JPY: Ucuzlaşma 0.3% davam edə bilər

06 Fevral 2019

Beynəlxalq maliyyə bazarlarında dolların aparıcı valyutalara nisbətən qiymətləri və USD/JPY məzənəsi Avropa sessiyasında ucuzlaşmağa başlayıb.

USD/JPY: Ucuzlaşma 0.3% davam edə bilər

Beynəlxalq valyuta birjalarında USD/JPY məzənnəsinin Avropa sessiyasında ucuzlaşaraq, günün minimum səviyyəsini yeniləyib. Qiymət Asiya sessiyasında 109.62 yen səviyyəsində dəstək alaraq, bahalaşmağa başlasa da 109.84 yen səviyyəsində yenidən müqavimətlə rastlaşaraq, ucuzlaşmağa başlayıb. Maliyyə bazarlarında məzənnə sonuncu müqavimət səviyyəsi altında qaldıqca, əlavə olaraq 0.3% də ucuzlaşa biləcəyi proqnozlaşdırılır.


Təhlillərə əsasən, Dollar/Yen valyuta cütlüyünün qiyməti cari eniş dalğasını 109.51 və qiymət bu səviyyənin də altında qalarsa, 109.31 yenə kimi də davam etdirə bilər. 


Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 17:30 və 19:30-da müvafiq olaraq açıqlanacaq, Amerikanın xarici ticarət dövriyyəsi və neft ehtiyatları ilə bağlı önəmli fundamental məlumatlar da diqqət mərkəzində saxlanılmalıdır.