USD/JPY: 109.07 və 108.79 ucuzlaşa bilər

28 Yanvar 2019

USD/JPY məzənnəsi günün birinci yarısında bahalaşsa da 109.54 yen səviyyəsində güclü müqavimətlə rastlaşaraq, yenidən ucuzlaşmağa başlayıb.

USD/JPY: 109.07 və 108.79 ucuzlaşa bilər

USD/JPY məzənnəsi son günlər beynəlxalq valyuta birjalarında müşahidə edilən tendensiya fonunda 109.99 yendən 109.26 yenə kimi ucuzlaşmışdır. Lakin qiymətin ucuzlaşaraq, keçən həftənin minimum səviyyəsini qıra bilməməsi və günün ikinci yarısında bahalaşaraq, üzərində qalmağa çalışması, ilin əvvəlindən etibarən bahalaşma dalğasının daha da davam edə biləcəyi proqnozlarını gücləndirmişdi. 


USD/JPY məzənnəsi günün birinci yarısında bahalaşsa da 109.54 yen səviyyəsində güclü müqavimətlə rastlaşaraq, yenidən ucuzlaşmağa başlayıb. Cari ucuzlaşma o qədər sürətli olub ki, Asiya sessiyasının dəstək səviyyəsini də qırıb. 


Təhlillərə əsasən, qiymət 109.26 yen səviyyəsi altında qalarsa, 109.07 və 108.79 yen səviyyələrinə kimi ucuzlaşa bilər.