USD/MXN: 19.05 pesoya kimi ucuzlaşma proqnozları

12 Fevral 2019

Beynəlxalq valyuta birjalarında Dollar/Peso valyuta cütlüyünün qiymətində müşahidə edilən günün eniş dalğası, 19.05 səviyyələrinə kimi sürətlənə bilər.

USD/MXN: 19.05 pesoya kimi ucuzlaşma proqnozları

USD/MXN məzənnəsi bazar ertəsi 13.3266 pesoya kimi bahalaşdıqdan sonra 19.2269 pesoya kimi ucuzlaşıb. 


Bazar ertəsi Amerika sessiyasında dolların aparıcı valyutalara nisbətən qiymətlərində müşahidə edilən bahalaşma, özünü USD/MXN məzənnəsində də göstərib. Amerika ilə Çin arasında danışıqların növbti mərhələsini planlaşdırılması və ABŞ hökümətində büdcə probleminin həllinə dair müsbət xəbərlərin yayılması, foreks bazarlarında dolları daha da bahalaşdırmışdı.


Bununla yanaşı, Meksikada sənaye istehsalının azalmasına dair mənfi fundamental məlumatlar da pesoya olan təzyiqləri artırmaqdadır. 


Təhlillərə əsasən, Dollar/Peso valyuta cütlüyünün qiyməti 19.2215 pesonu da aşağı istiqamətdə qıraraq, altında qalarsa, 19.1562 və 19.0505 pesoya kimi də ucuzlaşa bilər.