USD/MXN məzənnəsi müqaviməti qırmaq üzrə

27 Mart 2019

Beynəlxalq valyuta birjalarında dolların aparıcı valyutalara nisbətən qiymətlərinin bahalaşması, özünü USD/MXN məzənnəsində də göstərib.

USD/MXN məzənnəsi müqaviməti qırmaq üzrə

USD/MXN məzənnəsində Amerika sessiyasında müşahidə edilən bahalaşma cari həftənin müqavimət səviyyəsinə yaxınlaşmasına səbəb olub. 


Bahalaşma foreks bazarlarında dolların dəyər qazanması ilə əlaqələndirilir. Amerika iqtisadiyyatına dair fundamental göstəricilərin son zamanlar mənfi açıqlanmasına baxmayaraq, dollara tələb güclü olaraq qalır. Xüsusilə də Avrozona və Çin iqtisadiyyatında risklərin artdığı bir vaxtda. 


Bununla yanaşı, Amerika mərkəzi bankının (FED) 2019-cu il üzrə iki faiz artımı gözləntilərinin artımının olmayacağı gözləntiləri ilə dəyişdirilməsi maliyyə bazarlarında bir mənalı qarşılanmır və bazar iştirakçıları daha güclü siqnallar gözləyirlər. 


Bu baxımından bu gün Bakı vaxtı ilə saat 16:30 və 19:00-da açıqlanacaq Amerikanın xarici əməliyyatlar balansı ilə bağlı önəmli fundamental məlumatları da investorların diqqət mərkəzindədir. 


Təhlillərə əsasən, Dollar/Peso valyuta cütlüyünün qiyməti 19.1826 pesonu yuxarı istiqamətdə qırarsa, 19.2859 və 19.4165 pesoya kimi bahalaşa bilər. 


Meksika iqtisadiyyatı ilə bağlı fundamental göstəricilər də çərşənbə axşamı müsbət açıqlanıb. Belə ki, pərakəndə satış dövriyyəsi yanvar ayında aylıq müqayisədə 1.9% artıb.