USD/MXN məzənnəsində bahalaşma

05 Mart 2019

Beynəlxalq valyuta birjalarında USD/MXN məzənnəsinin 19.25 səviyyəsində dəstək görməsi "Buğaların" diqqətini cəlb edib.

USD/MXN məzənnəsində bahalaşma

USD/MXN məzənnəsi Avropa sessiyasında 19.25 pesoda dəstəklə qarşılaşıb. Maliyyə bazarlarında dəstəyin mart ayının maksimum səviyyələrini yenilənməsinə səbəb ola biləcəyi proqnozlaşdırılır. 


Təhlillərə əsasən, Dollar/Peso məzənnəsində 19.3395 pesonun yuxarı istiqamətdə qırılması ilə alış əməliyyatları arta və məzənnə 19.3812 və 19.3622 səviyyələrinə kimi bahalaşa bilər. Qiymət sonuncu səviyyələrin üzərində möhkəmlənərsə, 19.6190 səviyyəsinə kimi də artım dalğasını gücləndirə bilər. 


Bununla yanaşı, çərşənbə günü Bakı vaxtı ilə saat 18:00-da Meksikanın inflyasiya səviyyələri ilə bağlı önəmli fundamental məlumatlar açıqlanacaqdır və istehlak qiymətlərinin aylıq dinamikasında azalma proqnozlaşdırılır. 


Meksikada yeni hakimiyyət ətrafında qeyri-müəyyənlik də investorların diqqət mərkəzindədir.