USD/MXN məzənnəsində ucuzlaşma proqnozları

26 Mart 2019

Beynəlxalq valyuta birjalarında Dollar/Peso məzənnəsində müşahidə edilən ucuzlaşma tendensiyası investorların diqqət mərkəzindədir.

USD/MXN məzənnəsində ucuzlaşma proqnozları

USD/MXN məzənnəsində bazar ertəsi müşahidə edilən ucuzlaşmanın dərinləşə biləcəyi proqnozları zəif olaraq qalır. Lakin bu proqnozlar 18.9086 pesonun aşağı istiqamətdə qırılması ilə arta bilər. 


Təhlillərə əsasən, Dollar/Peso valyuta cütlüyünün qiyməti 18.9873 pesonu aşağı istiqamətdə qırarsa, 18.9086 pesoya kimi ucuzlaşa bilər. 


Sonuncu səviyyənin qırılması isə uzun müddətli perspektivdə eniş dalğasının 18.7447 pesoya kimi dərinləşməsinə səbəb olacağı proqnozlaşdırılır. 


Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 18:00-da Meksikanın pərakəndə satış dövriyyəsi ilə bağlı önəmli fundamental məlumatların da açıqlanması gözlənilir.