USD/MXN satış imkanları

18 Fevral 2019

Beynəlxalq valyuta birjalarında dolların ucuzlaşması, "Ayılar" üçün USD/MXN məzənnəsində də 0.5%-lik satış imkanları yaradıb.

USD/MXN satış imkanları

Beynəlxalq valyuta birjalarında dolların ucuzlaşması, USD/MXN məzənnəsində də treyderlər üçün əlverişli ticarət imkanı yaradıb. 


USD/MXN məzənnəsi cümə günü Amerika sessiyasında başlatdığı eniş dalğasını bu gün də davam etdirərək, önəmli dəstək səviyyəsinin (19.2134 peso) qırılmasına nail olub. 


Təhlillərə əsasən, Dollar/Peso məzənnəsi 19.2048 pesonu da aşağı istiqamətdə qırarsa, 19.1585 və 19.1037 pesoya kimi də ucuzlaşa bilər.