USD/NOK: Treyderlər üçün satış imkanı

27 Fevral 2019

Beynəlxalq valyuta birjalarında Norveçin əmək bazarı ilə bağlı yayımlanan fundamental məlumatlardan sonra USD/NOK investorların diqqət mərkəzində.

USD/NOK: Treyderlər üçün satış imkanı

Beynəlxalq valyuta birjalarında USD/NOK məzənnəsi çərşənbə axşamı ucuzlaşaraq keçən həftənin dəstək səviyyəsini qırıb. Bununla da maliyyə bazarlarında qiymətlərin eniş dalğasının sürətlənə biləcəyi proqnozları güclənib. 


Təhlillərə əsasən, Dollar/Kron valyuta cütlüyünün qiyməti keçən həftənin müqavimət səviyyəsi (8.6474 kron) altında qaldıqca, 8.5245 krona kimi də ucuzlaşa bilər. 


Norveçin əmək bazarı ilə bağlı yayımlanan müsbət fundamental göstəricilər də ölkə valyutasına dəstək olmaqdadır.