USD/PLN: 3.95 zlota kimi bahalaşma proqnozları

15 Fevral 2019

Foreks bazarlarında təzyiq altında olan Polşa zlotu da treyderlərin diqqət mərkəzindədir və 3.95 zlota kimi bahalaşa biləcəyi proqnozlaşdırılır.

USD/PLN: 3.95 zlota kimi bahalaşma proqnozları

USD/PLN məzənnəsi yanvar ayında başlatdığı artım dalğasına bu gün də davam etməkdədir. 


Beynəlxalq valyuta birjalarında dolların aparıcı valyutalara nisbətən qiymətlərinin bahalaşması və Polşa iqtisadiyyatına dair fundamental göstəricilərin zəif açıqlanması, Dollar/Zlot məzənnəsinin bahalaşmasına da təsir edir. 


Cümə axşamı USD/PLN məzənnəsi 3.8306 zlota kimi ucuzlaşsa da yanvar ayının dəstək səviyyəsi (3.7050) üzərində qaldıqca, bahalaşmaqda davam edə biləcəyi proqnozları üstünlük təşkil edir. 


Təhlillərə əsasən, USD/PLN valyuta cütlüyünün qiyməti cümə axşamının müqavimət səviyyəsini (3.8571) yuxarı istiqamətdə qırarsa, 3.8951 və 3.9480 zlota kimi bahalaşa bilər.