USD/PLN məzənnəsi 3.95 zlota kimi bahalaşa bilər

14 Fevral 2019

Beynəlxalq valyuta birjalarında təzyiq altında olan valyutalar arasında Polşa zlotu da treyderlərin diqqət mərkəzindədir.

USD/PLN məzənnəsi 3.95 zlota kimi bahalaşa bilər

USD/PLN məzənnəsi yanvar ayında başlatdığı artım dalğasına bu gün də davam etməkdədir. 


Beynəlxalq valyuta birjalarında dolların aparıcı valyutalara nisbətən qiymətlərinin bahalaşması və Polşa iqtisadiyyatına dair fundamental göstəricilərin zəif açıqlanması, Dollar/Zlot məzənnəsinə müsbət təsir edir. 


Təhlillərə əsasən, USD/PLN valyuta cütlüyünün qiyməti yanvar ayının dəstək səviyyəsi (3.7050) üzərində qaldıqca, 3.8951 və 3.9480 zlota kimi bahalaşa bilər.