USD/RUB 64.09 rubla kimi ucuzlaşa bilər

28 Fevral 2019

Beynəlxalq valyuta birjalarında dolların ucuzlaşması təsiri altında qalan məzənnələr arasında USD/RUB qiyməti də treyderlərin diqqət mərkəzindədir.

USD/RUB 64.09 rubla kimi ucuzlaşa bilər

USD/RUB məzənnəsi cari həftə ərzində bahalaşsa da maliyyə bazarlarında 64 rubla kimi ucuzlaşa biləcəyi proqnozları güclü olaraq qalır. Dünya valyuta birjalarında dolların ucuzlaşması özünü rublun məzənnələrində də göstərməkdədir. 


Təhlillərə əsasən, Dollar/Rubl məzənnəsi 65.4198 rublu aşağı istiqamətdə qırarsa, 64.9483 və 64.0931 rubla kimi də ucuzlaşa bilər. 


Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 17:30-da açıqlanacaq Amerikanın dördüncü rüb üzrə iqtisadi inkişaf səviyyəsinə dair önəmli fundamental məlumatlar da investorların diqqət mərkəzindədir.