USD/RUB: 64.70 rubl qırılmaq üzrə

27 Mart 2019

Beynəlxalq valyuta birjalarında Dollar/Rubl məzənnəsində "Buğalar" üçün imkanlar yaranıb və 66 rubla kimi bahalaşması proqnozlaşdırılır.

USD/RUB: 64.70 rubl qırılmaq üzrə

Foreks bazarlarında dolların bahalaşması, USD/RUB məzənnəsində bahalaşmanın əlavə olaraq 2% güclənə biləcəyi proqnozlarının da maliyyə bazarlarında armasına səbəb olub. 


Amerika mərkəzi bankının keçən həftənin çərşənbə günü dünya iqtisadiyyatında risklərə dair açıqlamaları, Avrozona və Çin iqtisadiyyatı ilə bağlı fundamental məlumatların zəif açıqlanması dollara olan tələbin yüksək olmasına səbəb olub. 


FED sədrinin verdiyi açıqlamalardan sonra USD/RUB məzənnəsi də 64.60 rubla kimi bahalaşıb. 


Təhlillərə əsasən, Dollar/Rubl valyuta cütlüyünün qiyməti 64.7009 rublu yuxarı istiqamətdə qırarsa, 65.1700 və 66.1724 rubla kimi də bahalaşa bilər.