USD/RUB: 64.70 rublun qırılması və bahalaşma

26 Mart 2019

Beynəlxalq valyuta birjalarında Dollar/Rubl 64 rubl ilə minimumunu yenilədikdən sonra bahalaşmağa başlayıb və "Buğalar" üçün imkanlar yaradıb.

USD/RUB: 64.70 rublun qırılması və bahalaşma

USD/RUB məzənnəsində müşahidə edilən bahalaşmanın əlavə olaraq 2% davam edə biləcəyi proqnozları maliyyə bazarlarında artıb. Dünya valyuta birjalarında dolların aparıcı valyuta nisbətən məzənnələrinin bahalaşması özünü USD/RUB məzənnəsində də göstərib. 


Amerika mərkəzi bankının keçən həftənin çərşənbə günü dünya iqtisadiyyatında risklərə dair açıqlamaları, dollara olan tələbin artmasına səbəb olub. 


Çərşənbə günü FED-in uçot faizində dəyişiklik etməməsindən sonra USD/RUB məzənnəsi 63.57 rubla kimi ucuzlaşsa da mətbuat konfransında sədrin verdiyi açıqlamalar sonraki günlərdə məzənnənin 64.41 rubla kimi bahalaşmasına təsir etdi. 


Təhlillərə əsasən, Dollar/Rubl valyuta cütlüyünün qiyməti 64.7009 rublu yuxarı istiqamətdə qırarsa, 65.1700 və 66.1724 rubla kimi də bahalaşa bilər.