USD/RUB: 65.17 qırılarsa, 66.17 kimi bahalaşa bilər

29 Mart 2019

Beynəlxalq valyuta birjalarında Dollar/Rubl məzənnəsində "Buğalar" üçün imkanlar aktual olaraq qalır və 66 rubla kimi bahalaşması proqnozlaşdırılır.

USD/RUB: 65.17 qırılarsa, 66.17 kimi bahalaşa bilər

Foreks bazarlarında USD/RUB məzənnəsi 65.20 rubla kimi bahalaşdıqdan sonra korreksiyaya başlayıb. Lakin gün ərzində 64.51rublda dəstək görən qiymətin qlobal artım dalğasını 66.17 rubla kimi davam etdirə biləcəyi proqnozları güclü olaraq qalır. 


Dünya birjalarında iqtisadi və siyasi risklərin artması fonunda dollara olan tələbin artması və bahalaşması, özünü USD/RUB məzənnəsində də göstərib. 


Təhlillərə əsasən, Dollar/Rubl valyuta cütlüyünün qiyməti 65.1700 rublun üzərində möhkəmlənərsə, 65.5184 və 66.1724 rubla kimi bahalaşa bilər.