USD/RUB 65.17 rubla kimi bahalaşdı

28 Mart 2019

Beynəlxalq valyuta birjalarında Dollar/Rubl məzənnəsində "Buğalar" üçün imkanlar artmaqdadır və 66 rubla kimi bahalaşması proqnozlaşdırılır.

USD/RUB 65.17 rubla kimi bahalaşdı

Foreks bazarlarında USD/RUB məzənnəsi bahalaşmaqda davam edir və ilkin önəmli hədəfinə çatmaq üzrədir. 


Dünya birjalarında iqtisadi və siyasi risklərin artması fonunda dollara olan tələbin artması və bahalaşması, özünü USD/RUB məzənnəsində də göstərməkdədir. 


Təhlillərə əsasən, Dollar/Rubl valyuta cütlüyünün qiyməti 65.1700 rublun üzərində möhkəmlənərsə, 65.7675 və 66.1724 rubla kimi bahalaşa bilər.